Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin 70 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, proqramda Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri yer alıb.
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin kiçik heyətinin müşayiəti ilə solistlər Nuray Həsənli (piano), Fərəh Əliyeva (piano), Mədinə Heybətova (piano), Tunar Babaxanov (fleyta), Leyla Fərzəli (piano), Dəniz Muradova (piano), Camalxan Dadaşov(qarmon), Mədinə Heybətova, Xədicə Heybətova (piano), Sevinc Fətəliyeva (piano), Nəzrin Əhmədli (fleyta), Ayla Ramazanzadə (piano), Məryəm Hacızadə , Aynurə Allahverdiyeva (violin), Nəzrin Əhmədli, Tunar Babaxov (fleyta), Zəhra Bağırzadə (piano), Müzəffər Əliyev (piano), Nuray Quliyeva (piano), Seyrin Əzimzadə (piano), Camal Əliyev (piano), Surə Həsənli (violin) və məktəbin xor kollektivi çıxış edib.