İncəsənət

“Bir zamanlar dəniz” qrup sərgisi çərçivəsində performans həftəsi

“Bir zamanlar dəniz” qrup sərgisi

YARAT Müasir İncəsənət Məkanı yerli və xarici sənətçiləri “Bir zamanlar dəniz” qrup sərgisi çərçivəsində keçiriləcək performans həftəsi proqramında iştirak etməyə dəvət edir.

YARAT-dan AZƏRTAC-a bildirilib ki, layihə Xəzər dənizinin ekoloji, mədəni və psixoloji qatlarını araşdırmağa yönəlib.

Müraciət ödənişsizdir və dil məhdudiyyəti yoxdur və iyunun 15-dək qəbul olunur. Nəticələr (qəbul və ya imtina) barədə iştirakçılara iyunun 18-dək məlumat veriləcək.

Həftənin bütün tədbirləri YARAT Müasir İncəsənət Mərkəzində baş tutacaq. Proqram hazırlıq mərhələləri, seminarlar və əsərlərin ictimai təqdimatlarını əhatə edəcək.

Qeydiyyat üçün link: https://shorturl.at/d9Pei