Kino

“İzdivac” filminin çəkilişləri davam edir

“İzdivac” filminin çəkilişləri

Rejissor Elvin Rüstəmzadənin komediya janrında ekranlaşdırdığı “İzdivac” filminin çəkilişləri davam edir.

AZƏRTAC xəbər verir ki, filmin cari il “YouTube” platformasında nümayiş etdirilməsi planlaşdırılıb.

Yeni ekran əsəri absurd məntiq və köhnə adət-ənənələrlə yoğrulmuş kənd həyatı fonunda baş verən qızqaçırma hekayəsinə komik və tənqidi yanaşma sərgiləyəcək. Filmdə rolları Səmimi Fərhad, Əli Ucal, Sabirə Abdullayeva, Kamil Nazim, Rasəf Mehdiyev və Müdhət Aydın ifa edir.