Bu gün sazı ilə sözün, sözü ilə xalqın yaddaşında iz qoymuş, aşıq sənətinə könül vermiş ustadlardan biri Aşıq Dədə Ədaləti dərin ehtiram və hörmətlə anırıq.
Aşıq sənəti yalnız saz çalmaq, söz demək deyil. Bu sənət xalqın yaddaşını, tarixini, duyğularını və mənəvi dünyasını nəsildən-nəslə daşıyan böyük bir məktəbdir. Dədə Ədalət də bu məktəbin layiqli davamçılarından olaraq öz sənəti, ifası və yaradıcılığı ilə aşıq sənətinin yaşamasına xidmət edib.
Onun sazından süzülən hər bir hava, söylədiyi hər bir söz xalq ruhunun bir parçası idi. Belə sənətkarlar dünyadan köçsələr də, onların yaratdığı mənəvi irs yaşamını davam etdirir. Çünki saz susanda belə, ustadın sözü susmur.
Bu əziz gündə Aşıq Dədə Ədalətin əziz xatirəsini ehtiramla yad edir, onun sənət yolunun, irsinin və adının daim yaşadılmasını arzulayırıq.
Ruhu şad, sənəti əbədi olsun!
Sazı-sözü könüllərdə daim səslənsin.
Jurnalist,publisist
Gülnar Samilqızı

