Aşıq yaradıcılığı

“Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” kitabının təqdimatı keçiriləcəkdir

HÖRMƏTLİ ƏDƏBİYYATSEVƏRLƏR!

Sizi Azərbaycan Yazıçılar Birliyinin “Natəvan klubu”nda keçiriləcək “Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” poeziya çələngi kitabının təqdimatına dəvət edirik.

Tibb üzrə fəlsəfə doktoru, publisist, Dədə Ələsgər İrsinin Tədqiqi və Təbliği Mərkəzinin direktoru Abbas Bağırovun (Göyçəgöl) yeni işıq üzü görən “Nərimanlı-Hüseynquluağalı aşıqları və şairləri” kitabı oxuculara təqdim ediləcəkdir.

Kitab Qərbi Azərbaycanın söz və sənət irsinə, aşıq və şairlərinin yaradıcılıq irsinə həsr olunmuşdur.

Tarix: 25 SENTYABR 2025-ci il

Saat: 15:00

Məkan: Azərbaycan Yazıçılar Birliyi, Natəvan klubu